Belçikanın paytaxtı Brüsseldə baş verən silahlı qarət hadisəsi ölkədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Günün günorta saatlarında tanınmış futbolçunun hədəfə alınması böyük rezonans doğurub. Hadisədən sonra polis genişmiqyaslı əməliyyata başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Belçikanın “Union Saint-Gilloise” klubunun qanalı futbolçusu Mohammed Fuseini Brüsseldə silahlı hücuma məruz qalıb.
Məlumata görə, 24 yaşlı hücumçunun qarşısını şəxsiyyəti hələ müəyyənləşdirilməyən 5 nəfər kəsib. Silahlı olduqları bildirilən hücumçular futbolçunun mobil telefonunu və qol saatını ələ keçirərək hadisə yerindən qaçıblar. Dördpendirli pizza
Hadisədən sonra əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Fuseiniyə ilkin yardım göstərildikdən sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Müayinələrdən sonra onun səhhətinin yaxşı olduğu açıqlanıb.
“Union Saint-Gilloise” klubu yaydığı açıqlamada bazar günü baş verən hadisənin sarsıdıcı olduğunu bildirib. Qeyd olunub ki, futbolçu tibbi müayinələrdən sonra yenidən komanda ilə məşqlərə başlayıb.
Belçika polisi hadisəni törədən 5 şübhəlinin saxlanılması istiqamətində araşdırmaları davam etdirir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız