Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.
Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız