Avtomobil nəhənglərini çətin günlər gözləyir – Çin bazara  yeni modellər buraxır

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil nəhənglərini çətin günlər gözləyir – Çin bazara yeni modellər buraxır

Avto

29 İyul 2026 01:20 106


Çində elektrikli avtomobil bazarında rəqabət daha da güclənir. Bu ilin ikinci yarısında bazara çıxarılacaq yüzlərlə yeni model həm iri avtomobil şirkətlərini, həm də kiçik istehsalçılarıoo ciddi sınaq qarşısında qoya bilər. Mütəxəssislər hesab edirlər ki, bazarda hətta iflas dalğası da yaşana bilər.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ikinci yarısında Çin avtomobil bazarında 156 yeni elektrikli avtomobil modelinin satışa çıxarılması planlaşdırılır.

Bazar iştirakçıları arasında güclü rəqabət davam etsə də, Çin hökuməti maya dəyərindən aşağı qiymətə satışın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Bununla qiymət müharibələrinin zəiflədilməsi hədəflənir. Bildirilir ki, Çin istehsalçılarının sürətli inkişafı fonunda Qərbin ənənəvi avtomobil şirkətləri bazarda mövqelərini itirirlər. Bu səbəbdən “Volkswagen” Qrupu dörd zavodunu bağlamağı və təxminən 100 min əməkdaşını ixtisar etməyi planlaşdırır. pizza sifarişi

İlin ilk yarısında satışlarının azalmasından sonra Çinin aparıcı elektromobil istehsalçılarından olan BYD inkişaf etmiş batareya və sürətli enerji doldurma texnologiyalarına malik yeni modellərini bazara çıxarmağa hazırlaşır.

Sektor nümayəndələri hesab edirlər ki, ilin ikinci yarısı xüsusilə kiçik avtomobil istehsalçıları üçün ağır keçəcək və bazarda iflasların sayı arta bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!