Avtomobillərə plyonka vurulması ilə bağlı yeni qayda hazırlanacaq  - SƏRƏNCAM
27 Apr 2021 18:40
1446

Avtomobillərə plyonka vurulması ilə bağlı yeni qayda hazırlanacaq - SƏRƏNCAM

Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər