“Axı mənim yanımda Tramp kimdir?” -

“Axı mənim yanımda Tramp kimdir?” -

Sosial Veb saytların hazırlanması

22 Yanvar 2019 20:19 868


Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Bayram Səfərov bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib: "Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.

Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb. Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.

Demokrat.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!