Ayaz Salayev: “Boş buraxmıram, həm də evə bağlamıram“

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Salayev: “Boş buraxmıram, həm də evə bağlamıram“

Şou

07 Avqust 2022 13:47 1391


Əməkdar incəsənət xadimi Ayaz Salayev "Onun sirri" verilişində qonaq olub.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, o, proqramda övladlarından danışıb. A.Salayev uşaqlarına qadağa qoymadığını deyib:

"Dörd övladım var, ilk evliliyimdən 1 qız, 1 oğlan, ikincidən isə 2 qız. Mənə elə gəlir ki, pis ata deyiləm. Övladlarıma qadağa qoymuram. Demokratik, eyni zamanda mənəviyyat. Boş buraxmıram, həm də evə bağlamıram. Buna tərbiyə deməzdim. Bizim münasibətlərdə əsas məsələ mənəviyyatdır. Övladlarım bir şey etməzdən əvvəl həmişə soruşurlar, icazə alırlar. Mənim tərbiyəm deyil, özləri belədir". Toyuqlu pizza

A.Salayev "Azərbaycanfilm" kinostudiyasının baş redaktorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!