“Ayda min manat, min beş yüz manat...” - Əməkdar artistə efir qadağası qoyulub?
14 Yan 2020 14:54
768

“Ayda min manat, min beş yüz manat...” - Əməkdar artistə efir qadağası qoyulub?

“Hər şey daxil” verilişinin qonağı Əməkdar artist Cavanşir Məmmədov olub. 

“Yeni Sabah” xəbər verir ki, efir zamanı Tolikin ifaçıya “Bəzi radiolar sizin mahnılarınızı niyə vermirlər?”, – deyə sual verməsi onu özündən çıxarıb.

İfaçı sərt açıqlamaları ilə verilişə damğa vurub:

"Dövlət radiosu Firuzə xanımın, mənim səsyazmalarımızı verir, "FM 90" verir, "Xəzər" televiziyasının radiosu verir, "Space" radiosu verir, ancaq ATV-də... Buradan deyirəm, Kazım (106.3 FM), niyə vermirsən, qardaş? Mənim sənətim sənin yaşından çox-çox böyükdür - 46 ildir. Və mən əsərlər oxumuşam. Sən niyə vermirsən bunu? Bir dəfə də demişəm özünə, gülə-gülə demisən ki, "verərəm, verərəm". Vermə, amma izah et nəyə görə. Orada elə şeylər var ki, o elə Kazımlıqdır. Kanal rəhbərliyi ona etibar edir, o da ürəyi kimi istəyir verir. Mən, deməli, gəlib ayda min manat, min beş yüz manat pul verməliyəm? Sən verməlisən mənə, mən sənə yox! Başa düşdün, eşitdin? 

Mən haqqımı tələb edirəm, Firuzə xanım da, bizim kimi digərləri də. Biz dinmirik, hörmətimizi saxlayırıq, ədəb-ərkanımızı saxlayırıq, sənətimizə hörmətlə yanaşırıq. Amma soruşurlar, "Niyə vermirlər mahnılarınızı?" Birinci soruşan özü də ailə üzvlərin, qohum-əqraban, dostların olur. Axı əsərlər oxunubdur. Sən Tofiq Quliyevi verməyə bilərsən? Elə bəstəkarların musiqisini verməyə bilmərsən. Sən, deməli, Azərbaycan musiqisinin əleyhinə işləyirsən".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər