Ayətullah Xamnəi tədbirə qatılmaqla şayiələri alt-üst etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəi tədbirə qatılmaqla şayiələri alt-üst etdi

Dünya

03 Oktyabr 2022 13:04 1099


Bu gün İranın Ali dini lideri Ayətullah Xamnəi yenidən ictimaiyyət qarşısına çıxıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, İmam Həsən Müctəba adına Zabit və Polis Hazırlığı Universitetində müdavimlərin buraxılış mərasimində iştirak edib.

Xatırladaq ki, Əli Xamnəi İran Konstitusiyasına əsasən, Silahlı Qüvvələrin ali baş komandanı sayılır. Dördpendirli pizza

Bir müddətdir ki, İran liderinin səhhəti ilə bağlı möhtəkir məlumatlar dərc olunur. Onun səhhətinin ağırlaşması, hətta əməliyyat keçirməsi və cərrahi masada ölməsi ilə bağlı məlumatlar dərc olunur.

Bugünkü mərasimdə iştirak Ayətullah Xamnəinin dedi-qodular yayıldıqdan sonra ikinci dəfə ictimaiyyət qarşısına çıxması halıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!