Aygün Kazımovanın qızı hamını təəccübləndirdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımovanın qızı hamını təəccübləndirdi - VİDEO

Şou

04 İyun 2025 13:28 755


Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görünüşü ilə sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzinə çevrilib.

Yenisabah.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında paylaşdığı yeni videosu ilə izləyicilərini həm təəccübləndirib, həm də heyran edib. İlqarənin saç düzümü, makiyajı və ümumi tərzi onun əvvəlki imicindən fərqlənir və daha cazibədar görünür. Paylaşım qısa zaman ərzində minlərlə baxış toplayıb və çoxsaylı rəylərlə müşayiət olunub.

İzləyicilərin əksəriyyəti onun görünüşünü müsbət dəyərləndirib, bəzi şərhlərdə isə İlqarənin anası Aygün Kazımovanın gənclik illərinə bənzədiyi qeyd olunub. Bəzi izləyicilər isə onun tərzini müasir və orijinal hesab edərək, İlqarənin artıq fərdi üslubunu formalaşdırdığını vurğulayıblar. Pepperoni pizza

Qeyd edək ki, İlqarə Kazımova son dövrlər sosial şəbəkələrdə daha aktiv görünür və tez-tez etdiyi paylaşımlarla adından söz etdirir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!