“Ayıbdır, yaşıma, sənətimə belə şeylər yaraşmaz”

saytların hazırlanması

Evə çatdırılma

“Ayıbdır, yaşıma, sənətimə belə şeylər yaraşmaz”

Şou

13 Oktyabr 2025 21:01 29356


Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqala son qoyub.

Sənətçi "Qonaqcanlı" verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini deyib:

"İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən? Çıxdı efirdə dedi ki, dəvətnamə almışam və uşağımın məktəbinə görə gəlmədim. Qızı Selenanın toyuna gedəcəyəm. Bizim yalnız dostluğumuz, sənət münasibətimiz olub. Hərdən yozurlar, bu da məni qıcıqlandırır. Ayıbdır, yaşıma, başıma, sənətimə, yaşayışıma yaraşmaz. Heç Ayana da yaraşmaz. Məndən kiçikdir. Həmkarlarıma pis gözlə baxmamışam". (Axşam.az) Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!