Bloger Aynişan Quliyeva növbəti izləyicisi ilə gərginlik yaşayıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, bir istifadəçinin “Bu kimi insanlar özlərini göstərməkdən başqa bu cəmiyyətə bir fayda verirlər?” - rəyindən rahat olub.
A. Quliyeva həmin şərhi instaqram hekayəsində paylaşaraq abunəçiləri ilə sorğu-sual edib və bu sözləri yazıb: “Gəlin xanımı bir az məlumatlandıraq”. İzləyiciləri onun gördüyü işlər, uğurları, gözəlliyi barədə məlumatlar yazıb. Aynişan sözügedən rəyləri “story”də yayaraq yazıb: “Ümid edirəm ki, xanımı bu gecə məlumatlandırdıq. O da, biz də rahat yata bilərik”.
Bloger bundan əvvəl bir izləyicisi barədə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdı.
Telegram kanalımız