Azarkeşsiz oynanılan matçda tribunaları seks oyuncaqları “bəzədi” - Foto
18 May 2020 16:57
386

Azarkeşsiz oynanılan matçda tribunaları seks oyuncaqları “bəzədi” - Foto

Koronavirusla əlaqədar tətbiq olunan qadağaları yumşaldan Cənubi Koreyada futbol sezonu təkrar başlayıb. 

Yenisabah.az xəbər verir ki, FC Seoul və Gwangju FC arasındakı oynanan futbol fərqli nöqtədən ölkə gündəminə çevrilib. Belə ki, azarkeşsiz oynama qərarı səbəbilə boş qalan tribunaları doldurmaq üçün FC Seoul qeyri-adi addım atıb. Oturacaqlar şişirdilmiş kuklalar yerləşdirib. Lakin futbolu izləyənlər tərəfindən pornoqrafiyanın qadağan olunduğu ölkədə şişirdilmiş kukla qadınlardan bəzilərinin seks saytlarını təbliğ edən bukletlər tutduğu görülüb. Azarkeşlər isə klubu seks oyuncağı istifadə etməkdə günahlandırıb. 

Məsələ ilə bağlı açıqlama verən klub rəhbərliyi mankenlərin seks oyuncağı istehsal edən "Dalcom" firmasından alındığını qəbul edib. Lakin firmanı araşdırmadıqlarını da diqqətə çatdırıblar: "Firmadan bizə təklif gəldi, qəbul etdik, lakin firma ilə bağlı çox araşdırma aparmadıq. Mankenlər insana çox oxşadığını hiss etdik, lakin seks oyuncağı olmasına ehtimal vermədik".

 

Oxşar xəbərlər