Azərbaycan 422 erməni hərbçisinin meyitini və qalıqları Ermənistana qaytarıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 422 erməni hərbçisinin meyitini və qalıqları Ermənistana qaytarıb

Maraqlı

01 Mart 2023 18:39 892


“44 günlük müharibə və müharibədən sonrakı hadisələr nəticəsində həlak olan 422 erməni hərbçisinin meyiti və qalıqları Ermənistana qaytarılıb”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclası zamanı məlumat verib.

Qeyd edilib ki, onlardan 225-i 2022-ci ildə sentyabr hadisələri zamanı həlak olub.

Hazırda sentyabr hadisələri zamanı ölən iki erməni hərbçinin meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Armen Abazyan əlavə edib ki, müharibədən sonra ümumilikdə 173 nəfər hərbi qulluqçu və mülki şəxs Ermənistana təhvil verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!