Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

İdman

01 Avqust 2026 23:42 115


İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.

Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev iyunun 12–dən 14-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!