Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanıldı

İdman

27 Noyabr 2026 13:26 51


Gürcüstan polisi İstanbulun “Beşiktaş” klubunun 16 azarkeşini saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə keçirilən oyun öncəsi Batumidə yürüş təşkil edən “Beşiktaş” azarkeşləri ilə polis arasında bir neçə dəfə toqquşma baş verib.

“Beşiktaş” azarkeşləri bayraqlar qaldıraraq Fələstinə dəstək şüarları səsləndiriblər. Elektronika məhsulları

Azarkeşlərin tribunalarda Fələstin bayraqları və bannerləri açmağa çalışmasından sonra gərginlik artıb. Gürcüstan polisi müdaxilə zamanı bibər qazından da istifadə edib. Bir neçə nəfərə tibbi yardım göstərilib, xəsarət alanlardan biri isə stadiondan xərəkdə çıxarılıb.

Xatırladaq ki, 35 dəqiqə dayandırılan qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!