Azərbaycan çempionatının oyunundan sonra azarkeş bıçaqlandı

Azərbaycan çempionatının oyunundan sonra azarkeş bıçaqlandı

İdman

31 Yanvar 2023 21:27 641


Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş “Səbail” - “Kəpəz” oyunundan sonra azarkeş bıçaqlanıb.

Klubdan “Report”a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı “ASCO Arena”nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman “Səbail”in tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “Səbail” - “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!