Azərbaycan Gürcüstandan şərab idxalını 2 dəfə artırıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Gürcüstandan şərab idxalını 2 dəfə artırıb

İqtisadiyyat

05 Fevral 2019 16:40 1146


Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 5 790 şüşə şərab idxal edib.

Bu barədə qonşu ölkənin Milli Şərab Agentliyi məlumat yayıb. 

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 dəfə çoxdur.  Dominos pizza

Qeyd edək ki, ötən ay Gürcüstan 24 ölkəyə 6,25 mln. şüşə şərab ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22% çoxdur. Hesabat dövründə qonşu ölkənin şərab ixracından gəliri isə 33% artaraq 15,2 mln. ABŞ dollarına çatıb. 

Yanvarda gürcü şərabını ən çox idxal edən ölkələr Rusiya (4 602 218 şüşə), Ukrayna (553 164 şüşə), Çin (281 229şüşə), Polşa (268 724 şüşə) və Qazaxıstan (156 120 şüşə) olub. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!