Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşdü

Siyasət

24 İyun 2026 19:29 231


Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb. Sezar pizza

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!