Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirildi

Siyasət

24 İyun 2026 18:34 230


Energetika naziri Pərviz Şahbazovla İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə dostluğa və yüksək siyasi dialoqa əsaslanan Azərbaycan-İordaniya münasibətlərinin enerji əməkdaşlığının inkişafı üçün zəmin yaratdığı vurğulanıb. Hər iki ölkənin enerji istehsalı-ixracı və təminatı ilə bağlı vəziyyəti nəzərdən keçirilib. Toyuqlu pizza

Neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycan və İordaniyanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə İşçi qrupunun yaradılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qlobal enerji bazarlarında vəziyyətə dair fikir mübadiləsi də aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!