Rusiya futbolunun məşhur simalarından olan Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından söhbət açıb.
"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu Azərbaycan, Qazaxıstan və Belarus klublarının Rusiya Premyer Liqasında çıxış edə biləcəyi və bu ideya alınarsa, futbolun inkişafına da əhəmiyyətli dərəcədə yardımçı olacağını deyib:
"Bir neçə il əvvəl Rusiya və Ukrayna Premyer Liqasını birləşdirmək ideyasını dəstəkləmişdim. Bu, futbolun inkişafına kömək edəcəkdi. Üstəlik, "Kayrat”da oynayanda bu klubun problemlərini gördüm. Marqarita pizza
Qazaxıstanda da klubların pul qazanmaq üçün bir fürsətə ehtiyacı var. Qazaxıstan çempionatında bunu etmək qeyri-realdır. Çünki futbolun televiziyada yayımlanma səviyyəsi çox aşağıdır, yəni, demək olar ki, sıfıra bərabərdir. Yerli valyuta azdır. Buna görə də stadionun yarısı boş qalır, azarkeş olmur.
Amma hazırkı durumda Rusiya və Ukrayna çempionatının birləşdirilməsi çox əhəmiyyətsizdir.
Kiçik ölkələrin liqalarının birləşməsinə isə məncə, ehtiyac böyükdür. Buna görə də Belarus, Azərbaycan və Qazaxıstan klublarını çempionatımıza qatmaq haqda düşünmək olar. Bu böyük maraq yaradar.
Hər bir ölkə öz klubuna pul ayıracaq. Üstəlik, azarkeşlər də stadionlara axın edəcək. Güclü komanda gələndə stadionda anşlaq olacaq. Bu, idman baxımından qonşularımız üçün maraqlı və önəmli addım olar".
Qeyd edək ki, Arşavin bu ilin martında verdiyi açıqlamada da Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil etmək istədiyini dilə gətirmişdi.
Telegram kanalımız