25 İyun - 18:51
Azərbaycan kubokunun sahibi bu gün müəyyənləşəcək  - Yenilənir

Azərbaycan kubokunun sahibi bu gün müəyyənləşəcək - Yenilənir

İdman

27 May 2022 10:31 532


Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gələcək. "Qarabağ" "Qızıl dubl", "Zirə" isə ilk titulunu qazanmaq arzusundadır. Qəbələ Şəhər Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” indiyədək 6 dəfə Azərbaycan kubokunun qalibi olub. “Zirə” isə ilk dəfə bu gün bu titulu qazana bilər.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!