YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Azərbaycan millisini güclü komanda kimi tanıyırıq” - Yan Voroqovski

“Azərbaycan millisini güclü komanda kimi tanıyırıq” - Yan Voroqovski

İdman

24 Sentyabr 2022 18:35 821


“Azərbaycan millisini güclü komanda kimi tanıyırıq”.

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqovski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

“Bilirik ki, ölkənizdə “Qarabağ” kimi güclü klublar var. İstərdik ki, bizə də hörmət etsinlər”.

O, matçın çətin olacağını söyləyib:

“Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son iki oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Qazaxıstan görüşü saat 20:00-da başlayacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!