Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
Sent 19, 2019 23:59
Oxunma sayı: 102

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.

Yenisabah.az