Müğənni Nadir Qafarzadə “İnstaqram” hesabında paylaşdığı videoda Rusiyada olduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, videonu Azərbaycan qadınlarına həsr edən müğənni deyib:
“Mən beş gündür ki, Rusiyanın Novosibirsk şəhərindəyəm. Bu şəhərdə olan Azərbaycan qadınlarından danışmaq istəyirəm. Onların mədəniyyət, əxlaq, daxili, xarici gözəlliyə heyran oldum. Deməli, qadın istəsə, harda olsa belə, qadınlığını qoruya bilər. Bunu buradakı rus qadınları barədə də deyə bilərəm. Burada olduğum müddətdə özünü açıq-saçıq cəlb etdirməyə çalışan qadın görmədim.Yenə də Azərbaycan xanımlarına gəldikdə, nə yaxşı ki, Azərbaycan qadını var. Yəni, sahibi var. Burada qadın ərindən öncə özünə hörmət edir. Novosibirsk, mən səni gec tanıdım, tez sevdim. Burdakı azərbaycanlılar bir-birini çox sevirlər. Aralarında münaqişə yoxdur, hətta, şər işlərdə belə, bir-birinə yardımçı olurlar. Bu şəhərdə yaşayan Azərbaycan qadınları alqışlayıram. Mənim qeyrətli Azərbaycan qadınlarım!”. Sezar pizza
İmamət İSMAYILOVA
Telegram kanalımız