“Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər”

Siyasət

18 May 2026 13:05 35


Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Şəhərsalma təkcə Bakı üçün deyil, Azərbaycanın bir çox şəhərləri üçün də bizim gündəlik məşğul olduğumuz əsas istiqamətlərdən biridir. Bu il mənim sərəncamımla “Şəhərsalma və Memarlıq İli" elan olunub. Bu tədbirin təşkilinə göstərdiyi dəstəyə, əməkdaşlığa və WUF13-ə ev sahibliyi kimi çox məsuliyyətli vəzifəni bizə etibar etdiyinə görə UN-Habitat təşkilatına təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz UN-Habitat ilə birlikdə Azərbaycanda Ağdam, Zəngilan və Xankəndidə üç milli şəhərsalma forumu keçirmişik. Bu şəhərlər uzun illər işğal altında qalmış ərazilər idi. Bu gün qlobal toplantıya ev sahibliyi etməklə biz bir daha şəhərsalmaya, şəhər inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və əhalimizin özünü rahat hiss etməsi üçün bütün zəruri imkanların yaradılmasına sadiqliyimizi nümayiş etdiririk. Təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə fəxr edə bilər. Mən onlardan yalnız bir neçəsinin adını çəkəcəyəm. pizza sifarişi

Bir zamanlar Şirvanşahlar dövlətinin paytaxtı olmuş, XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin vətəni olan Şamaxı şəhərində dünyanın ən qədim məscidlərindən biri yerləşir. Bu məscid 743-cü ildə inşa edilib.

Bir zamanlar Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan isə böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin vətənidir”, - dövlət başçısı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!