Azərbaycan səfirliyi üçün əlavə ərazi ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirliyi üçün əlavə ərazi ayrıldı

Dünya

22 İyul 2025 20:49 753


Gürcüstanın baş naziri İrakli Kobaxidze 49 illik müddətə Tbilisidə Azərbaycan səfirliyinə əlavə 69 kvadrat metr ərazinin ayrılması barədə sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sənəd Gürcüstan hökumətinin saytında dərc olunub.

"Sahəsi 69 kvadratmetr olan, dövlət mülkiyyətində olan və kənd təsərrüfatı təyinatlı olmayan torpaq sahəsinin Azərbaycan Respublikasının səfirliyinə 49 illik tikinti hüququ ilə təmənnasız verilsin", - sərəncamda qeyd olunur. pizza hut

Sənəddə səfirliyə ayrılan torpaq sahəsinin kadastr nömrəsi də göstərilir. Bələdiyyə Xidmətləri İnkişafı Agentliyinin xəritəsinə əsasən, söhbət Tbilisidəki Qorqasali küçəsində yerləşən diplomatik nümayəndəliyin yaxınlığındakı kvadrat sahədən gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!