“Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub”

Siyasət

25 Mart 2026 14:46 663


“Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə səsləndirib.

Spiker Sahibə Qafarova  son dövrlərdə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad tərəfdaşlığın inkişafında mühüm rol oynayır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!