Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında xidməti pasport sahiblərinin viza tələbindən azad olunması barədə razılıq əldə olunub.
“Yeni Sabah” xəbər verir ki, oktyabrın 13-də Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulitin iştirakı ilə müvafiq sənədlərin mübadiləsi mərasimi keçirilib.
Hökumətlərarası sazişin mübadiləsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini, eyni zamanda xarici işlər naziri olan Tonqsavan Fomfihan həyata keçiriblər. İmzalalan yeni sənədə əsasən, xidməti pasportu olan şəxslər hər iki ölkəyə vizasız gediş-gəliş hüququ əldə edəcəklər. Pepperoni pizza
Telegram kanalımız