26 May - 00:01
Azərbaycan xalqı yaxşılığı unutmur: Tağıyev nümunəsi

Azərbaycan xalqı yaxşılığı unutmur: Tağıyev nümunəsi

Yazar

23 Yan 2022 10:00


Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır!

Xalq gərək daim öz keçmişini xatırlasın!

HEYDƏR ƏLİYEV!

2022 ci il yanvar ayının 18-də Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Böyük xeyriyyəçinin abidəsi metronun “İşərişəhər“ stansiyasının qarşısında ucaldılıb. Hündurluyu 2,5 metr olan abidə bürüncdən hazırlanmışdır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdir. Müsabiqəyə təqdim olunan 26 layihə arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazirlanan müvafiq məlumat layihəsi quraşdırılıb. Eyni zamanda Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətinə inteqrasiyasına dəstək məqsədi ilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.

Öncəliklə bir Azərbaycan vətəndaşı və bir təhsil işçisi kimi çox böyük minnətdarlıq və qürur hissi keçirirəm. Öncə ona görə ki, Qalib və yenilməz Azərbaycanın Lideri, Prezident İlham Əliyevin bu təşəbbüsü bütün Azərbaycan xalqının ürəyindən xəbər verir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış sahibkar, messenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçəri şəhərdə başmaqçı Məmmədtağı Tağıyevin ailəsində dünyaya göz aşmışdır. Hələ uşaq ikən Zeynalabdin anasını itirmiş və atasının himayəsində yaşamışdır. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. 12 yaşına çatanda o, artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başladı. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Tikdirdiyi binalarda məsələn özünün yaşadığı binada və şəxsən açdırdığı Qızlar Gimnaziyasının binasında (indi burada tarix müzeyi və AMEA Əlyazmalar İnstitutu )onun dəstixətti hiss edilir. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sinayır. Hər ikisində qabiliyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, sonra möhtəşəm olacaq “Г.З.А. ТАГИЕВ” şirkəti yaradır. Bütün müsəlman aləmində tanınmış milyonçu–neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti, xeyriyyəçilərin hamısı özlərinə fəxri sədr seçmişdilər.

1905-ci il inqilabından sonra ölkədə mədəni–maarif işlərinin canlanmasına başlanmışdı. Ölkənin hər yerində xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilirdi. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır.

Cənab Prezidentin 18 yanvar 2022 -ci il tarixində Zeynalabdin Tağıyevin abidəsinin açılışı zamanı söylədiyi fikirlər o qədər mühüm və önəmli idi ki, bir daha Tağıyevin mənalı ömrü və gördüyü işlər bir film kimi gözlərimin önündə canlandı. Cənab Prezident öz qiymətli fikirlərində qeyd etdi ki, - Hacı Zeynalabdin Tağıyev ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakiya içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, sənaye müəsisəsi inşa edilmişdir. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Yüzlərlə Azərbaycan gəncinin təhsil xərcini öz üzərinə götürən Tağıyev bununla öz xalqının gələcəyinə töhvələr vermişdir. Cənab Prezident öz çıxışında onu da vurğuladı ki, Azərbaycan xalqı qarşınsında, tarix qarşısında millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvələrində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır.

Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, -Müstəqil Azərbaycan xeyriyyəçilik ənənələri davam edir. Xeyriyyəçilik sahasində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev fondudur. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha da tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövrundə kömək göstərdi. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanının müasir mütərəqqi dövlət kimi tanıdılması Azərbaycan haqqında olmazın yalanları uydurub media məkanına atan erməni lobbisi və onun havadarlarının təbligatlarını alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş fondu və “Yaşat” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinın inkişafına xidmət edir.

Cənab Prezidentin bu möhtəşəm çıxışından sonra bir daha Azərbaycanlı olduğum üçün qürur və fəxarət hissi yaşadım. Həqiqətən də Azərbaycan xalqı yenilməzdir. Cənab İlham Əliyev isə Ulu Öndərimizin yadigarı və davamçısı olaraq bir daha sübut etdi ki, dövlət hər zaman öz xalqının və vətənin xeyirli övladlarını əbədi yaşadır.

Yaşasın o şərəfli, müdrik siyasət,

Pozulmayıb vətənə, xalqa sədaqət

İnamlı əllərdə, güclüsən əlbət

Yaşa, var ol hər zaman, AZƏRBAYCANIM!!!!

Nigar Hüseynova,

97 nömrəli tam orta məktəbin direktoru


Youtube kanalımız


Digər xəbərlər