Yaponiyanın tanınmış yazıçısı Ryū Murakami 74 yaşında vəfat edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, yazıçı oktyabrın 17-də evində dünyasını dəyişib. Onun vəfatı barədə oktyabrın 23-də əsərlərinin böyük hissəsini nəşr edən “Gentosha” nəşriyyatı məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib. Ailə mərhumla bağlı başsağlığı ziyarətlərinin və digər yas mərasimi ənənələrinin qəbul edilmədiyini açıqlayıb. Marqarita pizza
1952-ci ildə Yaponiyanın Naqasaki prefekturasında anadan olan Ryū Murakami ədəbiyyata 1976-cı ildə çap olunan “Demək olar ki, şəffaf mavi” (Almost Transparent Blue) romanı ilə gəlib. Yazıçı bu əsərinə görə həm “Qunzo” ədəbi mükafatını, həm də Yaponiyanın nüfuzlu Akutaqava mükafatını qazanıb.
Onun yaradıcılığında müasir cəmiyyətin qaranlıq tərəfləri, zorakılıq, tənhalıq, gənclərin problemləri və sosial ziddiyyətlər mühüm yer tutub. “Coin Locker Babies”, “In the Miso Soup”, “69” və “Sevgi və faşizm fantaziyası” yazıçının tanınmış əsərləri sırasındadır.
Ryū Murakami kino sahəsində də fəaliyyət göstərib, bir sıra əsərlərinin ekranlaşdırılmasında iştirak edib. O, həmçinin Yaponiyanın məşhur “Cambria Palace” iqtisadiyyat proqramının aparıcısı kimi uzun illər tamaşaçıların qarşısına çıxıb.
Qeyd edək ki, Ryū Murakami dünya şöhrətli yazıçı Haruki Murakami ilə eyni soyadı daşısa da, onlar fərqli şəxslərdir. “Norveç meşəsi”, “Sahildə Kafka” və “1Q84” romanlarının müəllifi Haruki Murakamidir. Ryū Murakami isə daha çox sərt sosial mövzulara toxunan əsərləri ilə tanınıb.
Telegram kanalımız