Tanınmış yazıçı ilə bağlı bilinməyən fakt

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış yazıçı ilə bağlı bilinməyən fakt

Yazar

03 Sentyabr 2026 15:12 45


“Bir çox adam Əbdürrəhim bəy Haqverdiyevi yazıçı , dramaturq kimi tanıyır. Amma Əbdürrəhim bəy, Azərbaycan Cümhuriyyəti dövründə , Cümhuriyyətin Ararat Respublikasında diplomatik səfirimiz olub”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tarixçi Elmar Həsənli öz “Facebook” səhifəsində yazıb. O, tarixçi-alim Nazim Mustafaya istinadən qeyd edib ki, həmin dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Əbdürrəhim bəy Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır

“Haqverdiyevin İrəvan quberniyası və Qars vilayətində türk müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırım faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına , xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında , qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli işlər görüb.O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Əbdürrəhim bəy Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır”. pizza

Əbdürrəhim bəy Haqverdiyev 17 may 1870-ci ildə Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Görkəmli dramaturq, yazıçı, teatr xadimi kimi tanınan ədib "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar" pyeslərinin, "Marallarım" silsiləsinin və "Bomba", "Mirzə Səfər" kimi məşhur hekayələrin müəllifidir. Azərbaycanda ilk opera rüşeymi sayılan musiqili səhnəciyin təşkilatçısı, I Dövlət Dumasının deputatı və "Molla Nəsrəddin" jurnalının ana sütunlarından biri olub. 11 dekabr 1933-cü ildə Tiflisdə vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!