Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycan XİN başçısı serbiyalı həmkarı ilə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi apardı
25 Sen 2021 22:25
403

Azərbaycan XİN başçısı serbiyalı həmkarı ilə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi apardı

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu bildiriblər.

Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın uğurla inkişaf etdiyini qeyd ediblər.

Həmçinin Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər