Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat paylaşılıb:
"İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik". Marqarita pizza
xatırladaq ki, Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb.
Telegram kanalımız