Azərbaycanda ailə dəyərləri: Boşanmalar niyə artır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ailə dəyərləri: Boşanmalar niyə artır?

Sosial

19 Mart 2024 12:24 1655


Son illər Azərbaycan cəmiyyətinin aktual və eyni zamanda ciddi problemlərindən biri də boşanmalarla bağlıdır. Son statistikalara görə, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb. 

Boşanmalar ailə anlayışını ciddi dərəcədə zədələdiyi kimi, demoqrafik göstəricilərə də mənfi təsir göstərir. Tarixən köklü mental ənənələri, ailə dəyərləri və əxlaqi keyfiyyətləri ilə qonşu xalqlarıdan seçilən azərbaycanlılar arasında evliliklərin azalması və əksinə, boşanma sayının artımı müxtəlif səbəblərlə izah olunur. 

Bir çoxları boşanmaların başlıca səbəblərini müasir dövrün dəyişdirdiyi ənənəvi qaydaların sıradan çıxması ilə əlaqələndirsə də, bəzi insanlar boşanmanın sivil cəmiyyətlərdə normal bir seçim olduğunu dilə gətirirlər. Səbəbindən asılı olmayaraq, boşanma daha çox boşanan ailələrdəki uşaqlara mənfi təsir göstərir. Belə ki, araşdırmalara görə, valideynləri boşanmış uşaqlarda psixoloji problemlər, özgüvənsizlik və asosiallıq daha çox nəzərə çarpır.  pizza hut

Bəs görəsən cütlüklər gələcəkdə bu pis təcrübə ilə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda məhkəmələrdə olan boşanma işlərinin əksər hissəsi məhz xəyanətlə bağlıdır.

“Bu gün Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistikaya görə, boşanlamalar artıq demək olar ki, ümumi nikah sayının aşağı-yuxarı üçdə birini təşkil edir. Bunun müxtəlif səbəbləri var. 

Hazırda məhkəmələrdə olan boşanmaların mövzuları əsasən, əvvəllər daha çox sosial, maddi problemlər idisə, bu gün daha çox xəyanətlərlə bağlıdır. Eyni zamanda əvvəllər daha çox kişilərin xəyanəti ilə ailələr dağılırdısa, bu gün çox biabırçı vəziyyət ondadır ki, qadın xəyanətləri demək olar ki, kişi xəyanətləri ilə statistika baxımından eynilik təşkil edir. 

Boşanmaların həm də böyük bir əksəriyyəti xəyanətlərlə bağlıdır. Ona görə bu gün məhkəmələrin icraatında olan boşanmalar zamanı əsasən bildirilən boşanma səbəbi xasiyyətlərin uyğunsuzluğu  və tutuşmazlığıdır. 

Bundan başqa qeyd etmək istəyirəm ki, bir sıra hallarda zərərli vərdişlər səbəbindən ailələr dağılır. Bunun da ən böyük səbəbi odur ki, tərəflər bir-birlərini nişanlı və sevgili olduqları dövrdə tanımamış olurlar. Təbii ki, burada ailələrin müdaxilələri də kiçik bir faktor deyil. Böyüklərin bəzən gənclərin işlərinə qarışması ailələlərin dağılmasına gətirib çıxarır”.

Hüquqşünas boşanmaların sayının artmasının cəmiyyətdə mənfi tendensiyaya səbəb olduğunu, eyni zamanda evli cütlüklərdə boşanmaya həvəs yaratdığını qeyd edib. Ramil Süleymanov cütlüklərin tanışlıq mərhələlərində bir-birlərinin xasiyyət və xarakterlərinə daha dərindən bələd olmalarını tövsiyə edib. 

“Boşanmaların ən böyük fəsadlarından biri odur ki, bu gün kifayət qədər boşanmalar cəmiyyətdə ailə təməllərinin, ailə institutunun sarılmasına gətirib çıxarır. Bu isə mənfi təcrübəyə səbəb olur. 

Digər evli cütlüklərin də belə desək, boşanmaya həvəslənməsi ilə nəticələnir. Amma bəzən elə olur ki, boşanma insanların həyatda qalması üçün çıxış yolu olur. Bəzən olur ki, zamanında verilmiş yanlış qərarın sonradan düzəldilməsinə gətirib çıxarır. 

Eyni zamanda Azərbaycan cəmiyyəti o qədər sivil cəmiyyət deyil ki, boşanmalar sivil qaydalar çərçivəsində baş tutsun. Boşanma zamanı ailələr bir birindən ayrılır və tərəflər hətta imkan olsa uşaqları bir-birindən ayırmağa çalışır. Ona görə bir hüquqşünas kimi, boşanmaların belə mədəni şəkildə həyata keçirilməsinin tərəfdarıyam. Hüquq nə deyirsə, tərəflər hansı əsasları məhkəməyə təqdim edirlərsə, onun əsasında məhkəmənin nəticəsini gözləməlidir. 

Heç bir halda yanlış davranışlar nəticəsində bir-birlərinə zərər vurmasınlar. Nəzərə alsınlar ki, burada ən ciddi travmanı məhz elə uşaqlar görür. Ona görə də mən tərəflərin maksimum dərəcədə bir-birlərini anlamalarını, tanımalarını tövsiyyə edirəm. Ümid edirəm ki, ailə institutunun təməli olan ilkin tanışlıq mərhələri səmimi keçsin və cütlüklər bir-birilərinə bütün kaprizlərini, xasiyyətlərini nümayiş etdirsin”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!