Azərbaycanda ailə faciəsi: İki qardaşı ölən bacı dəm qazından boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ailə faciəsi: İki qardaşı ölən bacı dəm qazından boğuldu

Hadisə

15 Dekabr 2024 23:16 614


Siyəzən yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi

Qeyd edək ki, bu ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar.

Belə ki, 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub.

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!