“İran Naxçıvana dron hücumunun araşdırılacağını Azərbaycan tərəfinə vəd edib” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“İran Naxçıvana dron hücumunun araşdırılacağını Azərbaycan tərəfinə vəd edib” - Nazir

Siyasət

10 May 2026 10:48 126


İran tərəfi Naxçıvan istiqamətində baş vermiş raket-dron hadisəsinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.

"Yeni Sabah" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya verilib və İran ilə çoxsaylı təmaslar həyata keçirilib. pizza mizza

"İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olmuşdu. Mənim də İran xarici işlər naziri ilə bir neçə telefon danışığım olub. İran tərəfi raket və dronların İran tərəfindən atılmadığını iddia edir. Onların yanaşması ondan ibarətdir ki, burada hansısa üçüncü ölkələrin təxribatı həyata keçirilib. Məsələ ilə bağlı hərbçilər xətti ilə də bir neçə təmas baş tutub"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!