Azərbaycanda ata oğlunun toyunda həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Kriminal

10 Sentyabr 2026 20:56 151


Şirvanda toyda insident yaşanıb.

"Yeni Sabah" Lent.az-a istinadən məlumatına görə, hadisə “Aytac” şadlıq sarayında baş verib.

Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər. Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib. Sezar pizza

Həmçinin bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!