Azərbaycanda bəzi qurumlarına kiberhücum cəhdləri qeydə alınıb - MKA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bəzi qurumlarına kiberhücum cəhdləri qeydə alınıb - MKA

Rəqəmsal

18 Avqust 2026 17:34 72


Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

"Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər. Toyuqlu pizza

Kiberhücumların əsas məqsədi “Microsoft 365”, eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!