Azərbaycanda bu deputatlar nəqliyyatdan pulsuz istifadə edə   BİLMƏYƏCƏKLƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu deputatlar nəqliyyatdan pulsuz istifadə edə BİLMƏYƏCƏKLƏR

Siyasət

17 Noyabr 2024 22:11 1484


Naxçıvan Ali Məclisinin deputatlarının nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ məhdudlaşdırılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq qanunlara dəyişiklik ediləcək.

Mövcud qanunvericiliyə görə, Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir. Dördpendirli pizza

Dəyişikliyə əsasən Naxçıvan deputatları sadəcə dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil nəqliyyatında gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edə biləcək.

Müvafiq dəyişikliyini tezliklə qüvvəyə minəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!