Azərbaycanda dərmanların qiymətləri çox bahadır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dərmanların qiymətləri çox bahadır

Sosial

20 İyun 2023 13:04 834


Mən hesab edirəm ki, Azərbaycanda dərmanların qiymətləri çox bahadır. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib. 

“Bunu yoxlamaq o qədər də çətin deyil. MDB ölkələrinə də getsəniz, bunu aydın şəkildə görəcəksiniz. Bunu gizlətməyin adı yoxdur. Dərman qiymətlərinin tənzimlənməzi ola bilər ki, nazirliyin tabeliyində olmaya da bilər. Amma Tarif Şurasında bununla məşğul olan insanlar dünyada olan qiymətlərə baxmalıdır. Bilməlidirlər ki, ölkədə dərman qiymətlərində artım var, qiymətlər optimallaşdırılmalıdır”,  - deyə komitə sədri vurğulayıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!