“İstənilən halda Azərbaycan ərazisində hazırda bir nəfər də olsun hərbi əsir yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib:
“Biz bütün hərbi əsirləri qaytarmışıq və Azərbaycan ərazisində saxlanılan şəxslərin əksəriyyəti terrorçuluqda əli olan və Azərbaycanın ərazi bütövlüyünü pozduqlarına görə saxlanılıblar. Həmin şəxslər də qanunvericiliyimizə uyğun cinayət məsuliyyətinə cəlb olunacaq və onlara müvafiq cəzalar veriləcək".
Hərbi ekspert qeyd edib:
"Cəzalar verildikdən sonra ola bilsin ki, müəyyən anlaşmalar çərçivəsində bu şəxslərin Ermənistana ekstradisiyası və ya qaytarılması mümkün olsun. Amma bir daha təkrarlayım, Azərbaycanda hərbi əsir yoxdur. Bu, Ermənistan tərəfinin uydurmasıdır. 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılan istənilən şəxs hərbi əsir kimi tövsif oluna bilməz”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız