Azərbaycanda iki nəfəri ilan sancdı, biri öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iki nəfəri ilan sancdı, biri öldü

Hadisə

13 İyun 2026 18:17 243


Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb.

Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Marqarita pizza

Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, M. Qurbanov ötən gün müalicə aldığı tibb müəssisəsində həyatını itirib.

Bundan başqa, Yuxarı Çardaxlar kəndində bu gün daha bir kişini ilan sancıb.

Xəbərə görə, kənd sakini 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sağ ayaq pəncəsindən sancıb. İ.Lələyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. İ.Lələyevə lazımi ilkin tibbi yardım göstərilib.

Bildirilib ki, yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirməsi üçün gün ərazində Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!