Azərbaycanda kişi keçmiş arvadını öldürdü, sonra   özünü bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi keçmiş arvadını öldürdü, sonra özünü bıçaqladı

Kriminal

18 İyun 2022 10:55 1290


İmişlidə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az bildirir ki, bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb. 

Qeyd olunub ki, iyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dominos pizza

İlkin araşdırmalarla qadının keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!