Azərbaycanda Komitə sədrinin qardaşı olan prokuror işdən çıxarıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Komitə sədrinin qardaşı olan prokuror işdən çıxarıldı - Foto

Siyasət

14 Mart 2022 19:08 867


Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalyıb.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib. Toyuqlu pizza

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzər Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!