Azərbaycanda korrupsiyaya qarşı mübarizənin miqyası genişləndiriləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin miqyası genişləndiriləcək - Video

Siyasət

02 May 2020 21:11 1194


Dövlət başçısı ötən gün yeni təyin edilmiş Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi göstərişlər onu deməyə əsas verir ki, Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən mübarizənin miqyası genişləndiriləcək.

Yenisabah.az xəbər verir ki, bu fikri Açıq Hökumət Platformasının əlaqələndiricisi Əliməmməd Nuriyev sözügedən görüşdəki tapşırıqları şərh edərkən bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov isə deyib ki, ölkə başçısı dövlətin imkanlarından sui-istifadə edənlərə bir daha xəbərdarlıq etməklə, əslində, hüquq-mühafizə orqanları qarşısında yeni tələblər qoyur. pizza

Mütəxəssislərin fikrincə, ölkə başçısı tərəfindən islahatların aparılması ilə bağlı verilən tapşırıqlar bütün dövlət qurumları üçün bir mesajdır. Yəni hər bir qurum işini müasir çağırışlara uyğun qurmalıdır.

Eyni zamanda, ölkə başçısı Baş prokuroru qəbul edərkən bir daha xatırladıb ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır və dövlət hər bir vətəndaşa arxa durur, kömək edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!