Azərbaycanda maşın traktorla toqquşdu: xəsarət alanlar var

Azərbaycanda maşın traktorla toqquşdu: xəsarət alanlar var
Sent 12, 2019 00:54
Oxunma sayı: 51

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Yeni Sabah" xəbər verir ki, "Oxu.Az"ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - Elvin Aslanov və Pərviz Məmmədzadə əvvəlcə Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün sonradan Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndəriliblər.

Faktla bağlı rayon polisi araşdırma aparır.

Yenisabah.az