Azərbaycanda nazirin qardaşı vəzifədən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nazirin qardaşı vəzifədən azad edildi

Siyasət

23 Fevral 2021 16:38 2124


Mətin Kərimlinin bir müddət əvvəl Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad olunması ilə bağlı məlumatların yenicə məlum olması ictimaiyyətdə müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, M.Kərimlinin 14 ay əvvəl tutduğu postdan uzaqlaşmasına baxmayaraq, onun vəzifədən azad edilməsi ilə bağlı informasiya ictimaiyyətə həmin günlərdə təqdim edilməyib.

Nazir müavininin vəzifədən ayrılması xəbəri gizli qalsa da, sonradan - 2021-ci ilin fevralında üzə çıxıb. pizza sifarişi

Beləliklə, 2014-cü ilin fevralından nazir müavini postunu tutan M.Kərimli 2019-cu ilin dekabrında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub. O, 2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayıb.

Xatırladaq ki, Mətin Kərimli Kənd təsərrüfatı naziri İnam Kərimovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!