Azərbaycanda sabiq spiker vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sabiq spiker vəfat etdi - Foto

Hadisə

08 Sentyabr 2020 20:15 1951


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (Soveti) sabiq sədri Namiq Həsənov dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, 76 yaşlı N. Həsənov xəstəlikdən sonra vəfat edib. 

Namiq Həsənov 1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki olub. 1994-cü ilin aprel ayından 1995-ci ilin iyul ayınadək Naxçıvana rəhbərlik edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi olub. Bu vəzifəni 1995-2000-ci illərdə icra edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!