“Real”ın ardıcıl qələbə seriyası

saytların hazırlanması

Evə çatdırılma

“Real”ın ardıcıl qələbə seriyası

İdman

08 Noyabr 2026 10:41 61


“Real” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 8-ci qələbəsini qazanıb.

"Yeni Sabah" xəbər verir ki, Madrid təmsilçisi son olaraq La Liqanın 12-ci turunda “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.

Joze Mourinyonun komandası bu seriya ərzində La Liqada “Vilyarreal”ı (1:0), “Sevilya”nı (4:1), “Barselona”nı (2:1), “Rasinq”i (3:0) və  “Valensiya”nı (3:0), Çempionlar Liqasında isə “Roma”nı (4:3),“Leyptsiq”i (4:1),AEK-i (3:2) məğlub edib. Marqarita pizza

Madrid klubu bu 8 qarşılaşmada ümumilikdə 24 qol vurub, qapısından isə 8 top buraxıb.

Beləliklə, komandanın orta məhsuldarlığı hər oyuna 3 qol təşkil edib.

"Real"’ sonuncu dəfə 2022-ci ildə ardıcıl 8 qələbə qazanıb. Madrid təmsilçisi 4 ildən sonra bu göstəricini təkrarlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!