Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
01 Okt 2020 20:41
6237

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.

Yenisabah.az bildirir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər.

Bundan əlavə, “Parametrlər/Settings” bölməsindən “Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

“Spam” mesajlar “WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər